
Şura Şirvan və Xaçmazda təlim keçirib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində “Qeyri-Hökumət Təşkilatlarında mühasibat uçotu” mövzusunda təlim keçirilib.
Şuradan Lent.az-a verilən məlumata görə, təlimdə Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Saatlı, Masallı və Lənkəran rayonlarında fəaliyyət göstərən QHT-lərin rəhbərləri və mühasibləri iştirak edib.
Təlimdə QHT-lərdə mühasibat uçotunun aparılması, layihə büdcəsinin idarə olunması, layihənin maliyyə hesabatlığı, onun SƏLİS vasitəsi ilə təqdimatı və digər mövzularda təqdimatlar və qrup işləri keçirilib.
Şuranın təşkilatçılığı ilə digər bir təlim isə Xaçmaz şəhərində keçirilib. QHT-lər və təşəbbüs qrupları üçün layihə təkliflərinin hazırlanması qaydaları barəsində keçirilən təlimdə ictimai problemlərin və benefisiarların müəyyən olunması, layihə heyətinin formalaşdırılması, donor və tərəfdaşların seçilməsi və layihə təklifinin hazırlanması ilə bağlı təqdimatlarlar keçirilib, qrup işləri icra olunub, həmçinin iştirakçıların sualları cavablandırılıb.
Oxşar yazılar

Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49