Süd vəzi xərçənginin müalicəsi üçün yeni dərman kəşf olunub
09 oktyabr 2019 09:01 (UTC +04:00)

Süd vəzi xərçənginin müalicəsi üçün yeni dərman kəşf olunub

Süd vəzi xərçənginin müalicəsi üçün yeni dərman hazırlanıb.

e-tibb.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu ölkədən olan alimlər süd vəzisi xərçənginin müalicəsində istifadə edilməsi məqsədilə antikanserogen xüsusiyyətə sahib olan dərman hazırladıqları haqda açıqlama yayıblar.

Məlumata görə, yeni dərman hətta metastaz verən döş xərçənginin müalicəsində də effektlidir. Yeni dərman Konyadakı Nəcməddin Ərbakan Universiteti və Səlcuq Universiteti alimlərinin birgə  araşdırmaları nəticəsində ərsəyə gəlib. 2 il davam edən araşdırmaların sonunda məlum olub ki, dərman süd vəzi xərçənginin müalicəsində effektlidir, xərçəng hüceyrələrini məhv edə bilir, hətta metastaz vermiş döş xərçənginin müalicəsində uğurlu nəticə əldə olunur.

Yeni dərman həmçinin antimikrob xüsusiyyətinə də malikdir. Yəni yanaşı olaraq orqanizmdə olan mikrobları da öldürə bilir.

Dərman ilk olaraq laboratoriya şəraitində, xərçəngli hüceyrələr üzərində sınaqdan keçirilib. Uğurlu nəticələr əldə edən alimlər, yaxın zamanlarda dərmanı heyvanlar üzərində də sınayacaqlar.

Artıq yeni dərmanla bağlı patent almaq üçün müraciət olunub.

e-tibb.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929
avatar

Oxşar yazılar