Sınaq qiymətləndirilməsi müəllimlərin əmək haqqına təsir göstərəcək
11 sentyabr 2014 12:43 (UTC +04:00)

Sınaq qiymətləndirilməsi müəllimlərin əmək haqqına təsir göstərəcək

"Təhsil sahəsində görülən işlərdən ən mühümü müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilməsidir. Biz bunu ilk növbədə Bakı məktəblərinin müəllimləri arasında başlamışıq. Çünki Bakı məktəblərinin akademik göstəriciləri respublika məktəblərinin orta göstəricilərindən xeyli yüksəkdir”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. Nazir vurğulayıb ki, sınaq qiymətləndirmədə müəllimlərin 14 faizi aşağı, 64 faizi qənaətbəxş, 18 faizi isə yüksək nəticə toplayıb: “Bu nəticələrin təhsil sisteminin yaxşılaşdırılmasına nə kimi təsir göstərdiyi aydın deyil. Amma hər bir müəllimin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq qərarların qəbul olunması üçün bu nəticələr çox vacibdir. Məsələn, dərs bölgüsü, sinif rəhbərliyi, müəllimlərin vəzifədə irəli çəkilməsi kimi məsələlərdə sınaq qiymətləndirilməsinin nəticələri nəzərə alına bilər”.

 


M. Cabbarovun sözlərinə görə, məktəb direktorunun vəzifələrindən biri məktəbdə dərs bölgüsünün aparılması və optimallaşdırılmasına çalışmasıdır: “Lakin hazırkı mənzərə fərqlidir. Belə ki, bir çox müəllimlərin dərs yükü 1 stavkadan da aşağıdır. Belə olan halda əmək haqqının artırılmasının nə faydası? Ona görə də biz onun tərəfdarıyıq ki, əvvəlcədən dərs yükü optimallaşdırılsın, reallığı əks etdirsin. Bunun ardınca dərs saatının pul dəyəri qalxsın. Sınaq qiymətləndirilmə bununla bağlı ilk addım idi. Güman edirəm ki, növbəti maliyyə ilində sınaq qiymətləndirilməsindən keçmiş hər bir müəllim bunu özünün əmək haqqında hiss edəcək. Sınaq qiymətləndirilməsi keçirilməyən regionlarda müəllimlərin əmək haqlarının artırılması məsələsi gündəmdə olmayacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1636

Oxşar yazılar