Sınaq imtahanlarına ayrılan yerlərin sayı 10 min artıb
05 aprel 2014 12:04 (UTC +04:00)

Sınaq imtahanlarına ayrılan yerlərin sayı 10 min artıb

Bu il TQDK-nın sınaq imtahanlarına ayırdığı yerlərin sayı əvvəlki illərlə müqayisədə 10 min artıb. Lent.az-ın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, sabahdan TQDK bu il üçün ilk dəfə olaraq sınaq imtahanı keçirəcək: “Bu imtahanlarda 50 minə yaxın abituriyentin iştirakı nəzərdə tutulur ki, bu da bir qrup üzrə imtahanlarda iştirak edəcək abituriyentlərin sayından daha çoxdur. Orta məktəb şagirdləri üçün keçirilən sınaq imtahanı TQDK üçün də sınaqdır”.

E. Nağızadə deyib ki, bu imtahanlara ayrılan yerlərin sayı əvvəlki illərlə müqayisədə 10 min artıb: “Sınaq imtahanları qəbul imtahanlarına uyğun aparılır.  Biz ölkənin ən ucqar məntəqələrində də sınaq imtahanları keçirməyi planlaşdırırıq. Aprelin 20-də keçiriləcək sınaq imtahanlarına da iştirak etmək üçün qeydiyyat başlayıb”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488
avatar

Oxşar yazılar