Şeyxülislam "Aşura günü" qan verdi
Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, ailə üzvləri qanvermə aksiyasında iştirak ediblər.
APA xəbər verir ki, Şeyxülislamla birgə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Səməd Seyidov, Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Hikmət Babaoğlu (Məmmədov), Qənirə Paşayeva, Şəmsəddin Hacıyev və ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də qanvermə aksiyasında iştirak ediblər.
Qeyd edək ki, bu il Aşura günündə qanvermə aksiyası 25 şəhər–rayon üzrə 33 yerdə keçiriləcək.
Xatırladaq ki, sentyabrın 1-i Məhərrəm ayı başlayıb. Sentyabrın 29-da Məhərrəm ayı bitəcək və Səfər ayı başlayacaq. Oktyabrın 29-da isə Səfər ayı başa çatacaq.
615