Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı Təzəpir məscidində keçirilən qanvermə aksiyasında iştirak edib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Allahşükür Paşazadə ilə yanaşı QMİ rəhbərliyi və əməkdaşları da qan verib. Şeyxülislam Hacı Allahşükür Paşazadə Aşura günü bütün müsəlmanlara başsağlığı verib.
Təzəpir məscidində keçirilən qanvermə aksiyasında Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyasının funksioneri Siyavuş Novruzov da iştirak edib.
Hazırda qanvermə aksiyası davam edir.