Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə idarənin fətvasına baxmayaraq, Aşura günü zəncir vurulmasına münasibət bildirib. Lent.az-ın məlumatına görə, Şeyx bildirib ki, fətva əmr formasında deyil: “Bizim məcburi qaydada fətva verməyə haqqımız yoxdur. Çünki vicdan azadlığı hər insanın özünün daxilində yetişir”.
A.Paşazadə qeyd edib ki, 5-10 il bundan öncəyə nisbətdə, bu gün zəncirvurma daha zəifdir. “Bu da onu deməyə əsas verir ki, bu tövsiyələrin təsiri var”.
Qeyd edək ki, bəzi məscidlərdə, o cümlədən QMİ-nin yerləşdiyi Təzəpir məscidində zəncirvurma hallarına rast gəlinib..