Şeyx: “Ermənistan bəzi müsəlman dövlətlərinin əli ilə təxribatlar törədir” - <span style="color:red;">YENİLƏNİB
03 aprel 2014 19:14 (UTC +04:00)

Şeyx: “Ermənistan bəzi müsəlman dövlətlərinin əli ilə təxribatlar törədir” - YENİLƏNİB

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Quba rayonunda dindarlarla görüşündə deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda əhalinin əksəriyyətini təşkil edən müsəlmanların başqa dinlərin nümayəndələri ilə çox yaxşı münasibətləri var. O bildirib ki, bu tolerantlığın əsasını Heydər Əliyev qoyub və bu siyasət hazırda prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Yeni-yeni məscidlər tikilir, təmir olunur. Eləcə də başqa dinlərin nümayəndələri üçün də sinaqoq və kilsələrin tikintisi ön plandadır”.

 

Allahşükür Paşazadə bildirib ki, bu tolerantlıqdan və Azərbaycanın nailiyyətlərindən narazı qalan qüvvələr var: “Ermənistan bəzi qardaşlarımızın - müsəlman dövlətlərinin əli ilə Azərbaycanda təxribatlar törətmək istəyir. Lakin onlar məqsədlərinə çata bilməyəcəklər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020
avatar

Oxşar yazılar