[b]Sərhəddəki atışmada yaralanan çavuş generalla görüşdü  <span style="color:red;">- EHTİYATA BURAXILIR [/b]
18 iyul 2018 13:38 (UTC +04:00)

[b]Sərhəddəki atışmada yaralanan çavuş generalla görüşdü - EHTİYATA BURAXILIR[/b]

2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucu­ları ilə atışmada baş çavuş Kurupov Ramazan Məmməd oğlu çoxsaylı güllə yaraları almış və təcili əməliyyat olunaraq həyatı xilas edilib. DSX-dan Lent.az-a verilən məlumata görə, Xidmətin hərbi hospitalının həkimlərinin ciddi səyləri və peşəkarlığı nəticəsində baş çavuş R.Kurupovun sağamlığı qısa müddət ərzində bərpa edilib. Hazırda onun tibbi reabilitasiya prosedurlarına cəlb edilməsi planlaşdırılır.

 

Müalicə tədbirləri yekunlaşdıqdan sonra baş çavuş R.Kurupovun Silahlı Qüvvələrin ehtiyatına buraxılması nəzərdə tutulub.

 

2018-ci ilin iyul ayının 17-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşüb və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib.

 

Görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə altına qoyaraq dövlət sərhədinin pozulmasına imkan vermədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib. Onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

Oxşar yazılar