Səlim Müslümov vətəndaşları qəbul edəcək
23 oktyabr 2014 12:54 (UTC +04:00)

Səlim Müslümov vətəndaşları qəbul edəcək

0

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov oktyabrın 31-də İsmayıllı rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında vətəndaşları qəbul edəcək. Nazirlikdən Lent.az-a verilən məlumata görə, qəbulda İsmayıllı, Göyçay, Şamaxı, Ağsu vəQobustan  rayonlarının sakinlərini fərdi iştirak edəcək.

Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla İsmayıllı rayonuna aparılıb gətirilmələri təmin ediləcək.

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (020) 285-12-94 (İsmayıllı rayon ƏSMM), (020) 274-12-21 (Göyçay rayon ƏSMM), (020) 265-33-13 (Şamaxı rayon ƏSMM), (020) 226-47-33 (Ağsu rayon ƏSMM), (020) 245-30-55 (Qobustan rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 696

Oxşar yazılar