Səlim Müslümov qərb rayonlarının sakinlərini qəbul edib
26 sentyabr 2013 11:44 (UTC +04:00)

Səlim Müslümov qərb rayonlarının sakinlərini qəbul edib

Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Fondun Tovuz rayon şöbəsinin inzibati binasında məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, qəbulda Şəmkir, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşlar  iştirak ediblər. Qəbul “Açıq qapı” şəraitində keçirilib. Vətəndaşların müraciətlərinin  bir qismi pensiyaların yenidən hesablanmasının hüquqi aspektləri (əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi) ilə bağlı məsələləri əhatə edib. Müraciətlərin bir qismi isə fərdi şəxsi hesablarda qeydə alınan pensiya kapitalları, sosial sığorta və digər məsələlərlə bağlı olub. DSMF-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti təşkilatlara çatdırılması üçün qeydə alınıb.

Ümumilikdə bütün müraciətlər operativ qaydada araşdırılıb və onların bir qismi yerindəcə həll edilib. Bəzi müraciətlər araşdırma tələb etdiyindən müvafiq tədbirlərin görülməsi  barədə  şəhər və rayon şöbələrinin rəhbərlərinə, Fondun digər vəzifəli şəxslərinə göstərişlər verilib.

# 566
avatar

Oxşar yazılar