Səlim Müslümov Cenevrədə UNİCEF-in regional direktoru ilə görüşüb
01 aprel 2014 15:54 (UTC +04:00)

Səlim Müslümov Cenevrədə UNİCEF-in regional direktoru ilə görüşüb

BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin XI sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olan Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səfər çərçivəsində UNİCEF-in Mərkəzi-Şərqi Avropa və MDB üzrə regional direktoru xanım Mari-Pyer Puarye ilə görüşüb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə S. Müslümov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf prosesləri və əldə olunan nailiyyətlər barədə məlumat verib.

 

Nazir bildirib ki, Azərbaycan uşaqların müdafiəsi sahəsində fəal siyasət aparan bir ölkədir. Təsadüfi deyil ki, 2009-cu il - Azərbaycanda «Uşaq ili» elan edilib və bununla ölkədə uşaqlarla bağlı aparılan dövlət siyasəti daha da gücləndirilib.

 

S. Müslümov Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərdən söz açaraq bildirib ki, belə uşaqların dövlət hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, təhsil almaq, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları vardır. Təkcə son beş ildə respublika daxilində və xarici ölkələrdə olan reabilitasiya mərkəzlərində 13 074 nəfər sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidməti ilə təmin olunub.

 

Nazir ölkəmizdə uşaqların, həmçinin sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sahəsində aparılan işlərdə UNİCEF-lə əməkdaşlıq təcrübəsini yüksək dəyərləndirib və bu əməkdaşlığın genişləndirilməsinin qarşıda duran vəzifələrdən olduğunu qeyd edib.

 

UNİCEF-in Azərbaycanla əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edən M. P. Puarye Azərbaycanda uşaqlarla bağlı həyata keçirilən uğurlu siyasət,  o cümlədən uşaqların sosial müdafiəsi istiqamətində görülən işlər barədə məlumatlı olduğunu bildirib. M. P. Puarye həmçinin ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatları, yeni sosial layihələri yüksək  qiymətləndirib.

 

Görüşdə həmçinin UNİCEF-lə Azərbaycanın əməkdaşlığının perspektivləri, ölkəmizlə qurumun birgə həyata keçirdiyi proqramlar barədə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556
avatar

Oxşar yazılar