Səlim Müslümov BMT-nin komitə sədri ilə görüşüb
03 aprel 2014 11:34 (UTC +04:00)

Səlim Müslümov BMT-nin komitə sədri ilə görüşüb

BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin XI sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olan Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Komitənin sədri Maria Soledad Sisternas Reyeslə görüşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, görüşdə S. Müslümov Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə M.S.Sisternas Reyesə ətraflı məlumat verib.

 

 

Azərbaycanın sosial dövlət statusunu daim gücləndirən bir ölkə olduğunu qeyd edən nazir ölkəmizdə əlilliyi olan vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

 

S. Müslümov Azərbaycan Respublikasının 2008-ci ilin oktyabr ayında BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına və həmin Konvensiyanın Fakültativ Protokoluna qoşulmasını da dövlətin bu sahədə siyasətini mütərəqqi dünya praktikasından irəli gələn yanaşmalara uyğun qurmaq əzminin ifadəsi olduğunu bildirib. Nazir ölkə əlillərinin bərpa-müalicəsi sisteminin inkişaf etdirilməsi ilə yanaşı, onların ictimai həyata fəal inteqrasiyasını təmin edən sosial reabilitasiya modelinin tətbiqinin genişləndirildiyini qeyd edib.

 

M. S. Sisternas Reyes Konvensiyada nəzərdə tutulan öhdəliklərin icrası ilə bağlı Azərbaycanda işgüzar mühitin olmasından, bu sahədə ölkəmizdə aparılan işlərdən məmnunluğunu ifadə edib.

 

Görüşün sonunda Azərbaycandan 7 yaşlı sağlamlıq imkanları məhdud uşağın hazırladığı əl işi xatirə olaraq M.S.Sisternas Reyesə təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar