
Şəkidə 4500 nəfərin yaşadığı kənd içməli su ilə təmin edilib
Japan Tobacco International (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə gerçəkləşdirib.
Lent.az-ın xəbərinə görə, sayca on birinci olan layihə Şəki rayonunun Qozlubulaq kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Şəki Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.
Açılış mərasimində çıxış edən Şəki Rayon İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova və layihənin koordinatoru Gunel İbrahim layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin əhali, ərazi və iqtisadiyyat baxımından önəmli olan Şəki rayonunda həyata keçirdiyinə görə JTI şirkətinə öz minnətdarlıqlarını bildiriblər. JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını deyib.
Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.
Əhalisinin sayı 4500-ə yaxın olan Qozlubulaq kəndində içməli su layihəsi MQF tərəfindən icra edilib. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılıb, müvafiq borular və bir neçə tonluq çən quraşdırılıb. Bu, JTI şirkətinin dəstəyi ilə Şəki rayonunda həyata keçirilən ikinci su təchizatı layihəsidir. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi və Samux rayonlarında da su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 50 000-ə yaxın vətəndaş təmiz içməli su ilə təmin edilib.
Oxşar yazılar

"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ: dünya tanınmaz dərəcədə dəyişəcək
8 iyul 2025 , 20:15
Ata 6 yaşlı qızını iki arvadı olan kişiyə satdı
8 iyul 2025 , 19:20
30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?
8 iyul 2025 , 19:07
Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03