Səhiyyə Nazirliyi: “Siqaret çəkənlərin 36, 6 faizi bu vərdişə 10 yaşadək başlayıb”
07 iyun 2013 17:42 (UTC +04:00)

Səhiyyə Nazirliyi: “Siqaret çəkənlərin 36, 6 faizi bu vərdişə 10 yaşadək başlayıb”

“Tütünçəkmə 90 faiz hallarda ağı ciyər xərcənginə, 75 faiz hallarda xroniki bronxit, 25 faiz hallrda isə ürəyin işemiyası kimi xəstəliklərə səbəb olur”. Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev bildirib. T. Musayevin sözlərinə görə, siqaret çəkməyə alüdəçilik çox vaxt yeniyetmə və gənc yaşlarda baş verir.

 

Şöbə müdiri Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10, 6 faizinin nə vaxtsa, 6, 8 faizinin isə hazırda siqaret çəkdiyini deyib: “Siqaret çəkənlərin 36, 6 faizi bu vərdişə 10 yaşadək başlayıb”.

 

Şöbə müdiri “yüngül” adlandırılan siqaretlərin də zərərli olduğunu bildirib: “Bəzi adamlar “yüngül” adlandırılan nanəli, mentollu siqaret çəkirlər. Bu siqaretlər daha çox təhlükəlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1019

Oxşar yazılar