“Hazırda Səhiyyə Nazirliyi və eləcə də hüquq-mühafizə orqanları tərəfindən Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölüm səbəbləri araşdırılır”. Bunu Lent.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.
Nazirliyik sözçüsü onu da bildirib ki, əgər aparılan araşdırma nəticəsində həkimlərin günahı sübuta yetirilərsə, həmin həkimlər cəzalandırılacaq: “Nazirlik tərəfindən aparılan araşdırmaların nə zaman yekunlaşacağı məlum deyil. Ola bilər ki, araşdırmalar bu həftə yekunlaşsın”.