Rusiyanın Sankt-Peterburq şәhәrindә yaşayan azərbaycanlı gənclərə doğma dilimiz və tariximizi tədris ediləcək. Lent.az-ın məlumatına görə, dәrslәr hәftәdә bir dәfә, bazar günü Nevskiy prospekt 32-34 ünvanında olacaq. Kursun təşkilatçısı, Sankt-Peterburq Dövlәt Universitetinin şərqşünaslıq fakültəsinin aspirantı Şahnaz Kamalovadır.
Qeyd edək ki, gələcəkdə kursa gәlәcək uşaqların sayından və yaşından aslı olaraq, siniflərin sayının artırılması nәzәrdә tutulur. Bundan başqa planda Azərbaycan filmi, bədii qiraət, nağıl günləri təşkil etmək də var.