Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılmasına əlavə pul ayrıldı
12 sentyabr 2019 17:54 (UTC +04:00)

Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılmasına əlavə pul ayrıldı

0
Prezident İlham Əliyev Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
APA-nın xəbərinə görə, sərəncama əsasən, baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat Şamaxı Rayon İcra Hakimiyyətinə ayrılıb.
 
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 648

Oxşar yazılar