İyulun 15-də Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin bildirilib. Verilən məlumata görə, aparılan araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır.