DİM buraxılış imtahanı verəcək şagirdlərə müraciət edib
04 iyun 2018 10:03 (UTC +04:00)

DİM buraxılış imtahanı verəcək şagirdlərə müraciət edib

 

İyunun 21-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və 11-ci sinif) buraxılış imtahanı keçiriləcək. Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəızindən məlumat verilib. Məlumatda bildirilir ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

 

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar