38 dərəcə isti olacaq
30 iyul 2014 12:40 (UTC +04:00)

38 dərəcə isti olacaq

0

 

Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava şəraitinin əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Temperatur gecə 20-25, gündüz 30-35 dərəcə arasında olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə arasında olacaq. Dağlıq ərazilərdə gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1029

Oxşar yazılar