Bakıda və Abşeron yarımadasında aprelin 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 4-8, gündüz 20-25 dərəcə isti olacaq.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumat verilib.
Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış yağacaq. Aran rayonlarında gecə 6-11, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq.