
Rəşad Atakişiyevin həyat yoldaşı "Təəssüf ki, xəyallarımız baş tutmadı"
“Rəşadın iki gül balası qaldı. Onlar onun yolunu davam etdirəcəklər”.
APA-nın xəbərinə görə, bunu bu gün dəfn olunan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova bildirib.
Onun sözlərinə görə, Rəşadın məğrurluğu, şücaəti güvən verirdi ki, o, sağ-salamat evə, övladlarının yanına qayıdacaq: “Ancaq təəssüf ki, xəyallarımız baş tutmadı".
O bildirib ki, Rəşad mərd, vətənpərvər, gözəl insan idi. "Həyat yoldaşım pak hislərlə yaşayırdı. Balalarım onun adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər".
Pilotun həyat yoldaşı axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduqlarını qeyd edib: "Hava şəraiti onun bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik".
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 iyul 2025 , 08:20
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
9 iyul 2025 , 19:11
Məhəmməd Salah Bodrumda villa aldı: Dəyəri heyrətamizdir
9 iyul 2025 , 18:45
Yalnız bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: siyahıda kimlər var?
9 iyul 2025 , 18:32
Bakıda motosiklet, skuter və velosiped sürücülərinə qarşı reyd - VİDEO
9 iyul 2025 , 17:05
Tələbələrin köçürülməsi bu tarixdən başlayır
9 iyul 2025 , 17:03
"Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir" - Ekspertdən ŞOK AÇIQLAMA
9 iyul 2025 , 16:55