Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov bu il ADİU-ya qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşüb.
Lent.az-ın məlumatına görə, universitetin II tədris binasında keçirilən görüşdə rektor gəncləri tələbə adı qazanmaları münasibəti ilə təbrik edib, onların sənədlərinin qeydiyyatı ilə yaxından tanış olub. Ə.Muradov tələbə və valideynlərə universitetlə bağlı gələcək plan və perspektivlər haqda məlumat verib.
Qeyd edək ki, 2014-2015-ci tədris ilində tələbə adını qazananların sənədlərinin qeydiyyata alınması avqustun 18-dək davam edəcək.