Səyyar ASAN xidmət 10 məntəqədə
04 iyun 2018 10:16 (UTC +04:00)

Səyyar ASAN xidmət 10 məntəqədə

Səyyar ASAN xidmət bəzi rayonlarda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Bu barədə Lent.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, səyyar ASAN Xidmət iyunun 6-dək Xırdalan şəhərində, iyunun 9-dək İmişli rayonunda, iyunun 14-dək Ağcabədi şəhərində, iyunun 22-dək Salyan şəhərində, iyunun 27-dək Xudat şəhərində, iyunun 28-dək Qazax şəhərində, iyunun 13-dək Mərdəkan qəsəbəsində və Göytəpə şəhərində, iyunun 14-dək Aşağı Ağcakənd qəsəbəsində, iyulun 3-dək Qax şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Əmək pensiyalarının təyin edilməsi

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

Oxşar yazılar