Ramil Usubov və Mədət Quliyev Əfv Komissiyasından çıxarıldı
Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi müəyyənləşib.
APA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamının 1-ci hissəsində dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvləri sırasından Ramil Usubovun adı daxili işlər naziri Vilayət Eyvazov və Mədət Quliyevin adı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev sözləri ilə əvəz edilib.
1838