<b>Qızılağac qoruğunda <span style="color:red;">YANĞIN   söndürülüb</b> - <span style="color:red;">YENİLƏNİB-2
11 iyul 2017 23:58 (UTC +04:00)

Qızılağac qoruğunda YANĞIN söndürülüb - YENİLƏNİB-2

 Qızılağac qoruğunda baş verən yanğın tam söndürülüb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qoruqda günorta saatlarında başlayan yanğın Masallı və Lənkəran rayonlarının qoruğa aid ərazisində 50 hektardan artıq ərazini əhatə edib. Ərazidə Fövqəladə Hallar Nazirliyinin Masallı, Cəlilabad və Lənkəran yanğından mühafizə hissələrinin avtomaşınları və xeyli sayda canlı qüvvəsinin köməkliyi ilə yanğın lokallaşdırılıb.

 

Hadisə zamanı qoruq ərazisində əsasən quru ot, kol-kos və yabanı bitkilər yanıb.

 
 
***** 18.58
 
 
Qızılağac qoruğunda baş verən yanğın davam edir.
 
APA-nın cənub bürosunun məlumatına görə, əraziyə Fövqalada Hallar Nazirliyinin Masallı və Lənkəran yanğından muhafizə hissəsinin avtomaşınları və xeyli sayda canlı quvvəsi cəlb olunub.
 
Yanğın əsasən dəniz sahilində, qamışlıq ərazidə müşahidə olunur. Havanın küləkli olması səbəbindən və ərazi bataqlıq olduğundan ora yaxınlaşmaq çətinlik yaradır .Hazırda yanğın 10 hektardan artıq ərazini əhatə edir.

 

15:58

 

İyulun 11-də saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib.

 

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və FHN-nin yerli qurumunun əməkdaşları cəlb olunub.

 

Hazırda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi  və operativ tədbirlər davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Oxşar yazılar