Qəza 1 000-ə yaxın abonenti qazsız qoydu
17 sentyabr 2019 09:44 (UTC +04:00)

Qəza 1 000-ə yaxın abonenti qazsız qoydu

Gecə saatlarında Nizami rayonu N.Abdullayev küçəsində dairəvi formada qoşulmuş diametri 159 mm olan qaz xətti avtomobil qəzası zamanı qırılıb. 
 
Bu barədə Lent.az-a "Azəriqaz" İB-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisəyə görə 500 abonentin qaz təminatı dayandırılıb.
 
Səhər saatlarından qazın verilişi üçün bərpa işləri sürətləndirilib.
 
Bundan başqa bu gün səhər saatlarında Xəzər rayonu, “Binə Sovxozu” deyilən yaşayış massivində Kamaz markalı yük avtomobili ilə 108 mm diametrində olan qaz xətti yararsız hala salınıb. Kəmər dayaqlardan qopardılaraq yerə salınıb. Hazırda baş verənlərə görə 350 abonentin qaz təminatı dayandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar