<b>Qeyri-sabit hava oktyabrın 27-dək davam edəcək</b>
24 oktyabr 2016 12:20 (UTC +04:00)

Qeyri-sabit hava oktyabrın 27-dək davam edəcək

 

Ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək, arabir yağış yağacaq. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Sabah havanın temperaturu gecə 7-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11° isti olacaq. 

 

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 9-13, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342
avatar

Oxşar yazılar