Qənirə Paşayeva Türkməneli Kültür Mərkəzinin rəhbəri ilə görüşüb
14 iyul 2014 13:58 (UTC +04:00)

Qənirə Paşayeva Türkməneli Kültür Mərkəzinin rəhbəri ilə görüşüb

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva  Azərbaycanda səfərdə olan Türkməneli Kültür Mərkəzinin rəhbəri Mustafa Ziya və təşkilatın üzvü Güclü Dəmirçi ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Millət vəkili Q. Paşayeva  rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu” İctimai Birliyinin həyata keçirdiyi tədbirlər barədə danışıb. O qeyd edib ki, İraq “iraqlı azərbaycanlılar” dediyimiz türkmənlər vəsiləsi ilə Azərbaycana doğma ölkələrdəndir və orada yaşananlar hər zaman Azərbaycan tərəfindən daim diqqətlə izlənir. Son günlər İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı və İraqda türkmənlərin vəziyyətinin daha da gərginləşməsi bizi də dərindən narahat edir. Bu hadisələr zamanı qətlə yetirilmiş türkmən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Bu kimi halların təkrarlanmamağını istəyirik. Öz evindən köçkün düşmüş minlərlə insanımız, onların ağır vəziyyəti  da hamımızı ciddi narahat edir".

Azərbaycana səfər etmək məmnunluğunu ifadə edən Türkməneli Kültür Mərkəzinin rəhbəri Mustafa Ziya İraq türkmənlərinin hər zaman azərbaycanlıların dəstəyini hiss etdiklərini deyib və İraqda yaşanan son hadisələr barədə geniş məlumat verərək Türk dünyasının dəstəyinə böyük ehtiyac duyduqlarını vurğulayıb.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Türkmənəli Kültür Mərkəzinin rəhbəri Mustafa Ziyaya Azərbaycanın tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materiallar təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789

Oxşar yazılar