Qənirə Paşayeva sənətçiləri ön cəbhəyə apardı
19 iyun 2014 16:47 (UTC +04:00)

Qənirə Paşayeva sənətçiləri ön cəbhəyə apardı

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, “Aşıq Şəmşir Ocağı” İB-nin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ölkəmizə səfər etmiş Türkiyədən və İraqdan tanınmış yazıçılar, şairlər, jurnalistlər, sənətçilərdən ibarət 20 nəfərlik nümayəndə heyəti Tovuz rayonunda ön cəbhədə "N" saylı hərbi hissədə olub və qulluq edən əsgər və zabitlərlə görüşüblər. 

 

Lent.az-ın məlumatına görə, tədbirdə millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Türkiyədən və İraqdan gəlmiş aydınlar, sənətçilər və media mənsubları iştirak ediblər. Tədbirdə çıxış edən Q. Paşayeva ön cəbhədə əsgərlərimizlə, hərbçilərimizlə bir arada olmaqdan  və qarşıdan gələn 26 iyun - Silahlı Qüvvələr gününü bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib. 

Nümayəndə heyəti Q. Paşayevanın müşayiəti ilə Tovuzun ön cəbhə kəndlərində olublar və onlara atəşkəs dövründə də Tovuzun ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib. Millət vəkili Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbiristanlığını ziyarət edə bilməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbiristanlıq salma məcburiyyətində qalmasından, həmin qəbiristanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, bir sözlə, insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893
avatar

Oxşar yazılar