Prezident Yevlaxda yol tikintisinə 3,8 milyon ayırdı
04 dekabr 2014 19:20 (UTC +04:00)

Prezident Yevlaxda yol tikintisinə 3,8 milyon ayırdı

0
Prezident İlham Əliyev Yevlax şəhərinin Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın məlumatına görə, 8 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən Yevlax Şəhər İcra Hakimiyyətinə 3,8 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar