Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (36 km)–Qoyunbinəsi–Hacımahmudlu–Nurallar–Qaramanlı–Nəmirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (36 km)–Qoyunbinəsi–Hacımahmudlu–Nurallar–Qaramanlı–Nəmirli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.
Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.