Prezident Nazirlər Kabinetinə 10 gün vaxt verdi
04 oktyabr 2016 17:55 (UTC +04:00)

Prezident Nazirlər Kabinetinə 10 gün vaxt verdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 15 yanvar tarixli 739 nömrəli fərmanında dəyişiklik edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dəyişikliklər aşağıdakılardan ibarətdir:

 

1. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 61) 1.2-ci bəndində “sahilboyu zolağın” sözlərindən sonra “kağız üzərində” sözləri əlavə edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

2.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) qrafik təsvirini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan elektron formada qrafik təsvirin təsdiq edilməsindən sonra on gün müddətində onun öz rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar