Prezident kürdəmirlilərlə görüşdü
07 avqust 2013 18:19 (UTC +04:00)

Prezident kürdəmirlilərlə görüşdü

Prezidenti İlham Əliyev Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı öncə  rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Kürdəmirlilər adından çıxış edən Rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov respublikamızın, o cümlədən Kürdəmirin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan prezidentinə ən xoş arzularını çatdırıb.
Sonra dövlət başçısı “Kürdəmir şəhərinin su təchizatının planı”nı, “Külüllü-Kürdəmir-Ucar-Zərdab su kəmərinin planı”nı və Külüllüsu mənbəyində görülən işləri əks etdirən stendlərə baxıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi və Külüllü su mənbəyi haqqında prezident İlham Əliyevə məlumat verib.

 

Qeyd edək ki, prezident bu gün həmçinin Kürdəmir Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilməsi mərasimində də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767
avatar

Oxşar yazılar