Prezident İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində, Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, sərəncama əsasən, Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində diametrləri 110-530 mm, uzunluğu 5,7 km olan paylayıcı su şəbəkəsinin, Abşeron rayonunun Pirəkəşkül kəndində diametri 225 mm, uzunluğu 4,3 km olan magistral su kəmərinin, diametrləri 110-160 mm, uzunluğu 5,7 km olan paylayıcı su şəbəkəsinin, Qobustan kəndində diametri 225 mm, uzunluğu 2,8 km olan magistral su kəmərinin və diametrləri 110-160 mm, uzunluğu 7,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranıb.
Bununla əlaqədar olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,54 milyon manat ayrılıb.