Prezident belaruslu həmkarını təbrik edib
02 iyul 2013 20:13 (UTC +04:00)

Prezident belaruslu həmkarını təbrik edib

Prezident İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: “Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin şəxsinizdə bütün Belarus xalqını milli bayram – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

 

Azərbaycan və Belarusu tarixən yaranmış dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Sevindirici haldır ki, bu gün həmin münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

 

Əminəm ki, birgə səylərimiz bundan sonra da Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığının, bizim çoxplanlı qarşılıqlı fəaliyyətimizin genişlənməsinə yönələcək.

 

Şübhə etmirəm ki, yaxın vaxtlarda Sizinlə Bakıda görüşümüz buna kömək edəcək.

 

Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə sizə möhkəm cansağlığı və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442
avatar

Oxşar yazılar