Prezident Abşeronun inkişafında xidmətləri olan şəxsləri təltif etdi
13 oktyabr 2014 19:09 (UTC +04:00)

Prezident Abşeronun inkişafında xidmətləri olan şəxsləri təltif etdi

0

Prezident İlham Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Cəbrayılov Fuad Höcətağa oğlu, Fərəcov Yalçın Abbasəli oğlu, Fətəliyev Nazim Lətif oğlu, Həmidov Xəyyam Famil oğlu, Həsənov Hüseyn Sovet oğlu, Kərimov Faiq Alməmməd oğlu, Məmmədova Məhəbbət Sabir qızı, Osmanova Hürü Bilal qızı, Vəliyev Yavər Şirin oğlu və Zeynalov Cavanşir Allahverdi oğlunu “Tərəqqi” medalı ilə təltif edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1382

Oxşar yazılar