Prezident İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 24,6 milyon manat ayrılıb.