Prezident “İmamzadə” kompleksinin bərpasına 5 milyon ayırdı
05 noyabr 2014 19:05 (UTC +04:00)

Prezident “İmamzadə” kompleksinin bərpasına 5 milyon ayırdı

Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin aparılması haqqında sərəncam imzalayıb. Lent.az-ın AzerTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən, “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi ilə bağlı tapşırıq verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1070
avatar

Oxşar yazılar