Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Müsahibələrin sentyabrın 26-dan 30-dək təşkili nəzərdə tutulur.
Yekun nəticələr oktyabrın 1-də elan ediləcək.