Paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərinin Böyük Şor dairəsinə gedən istiqamətində temperatur tikişlərinin dəyişdirilməsi işləri davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat katibliyindən APA-ya verilən məlumata görə. temperatur və digər amillərin təsirindən əyilmələrə məruz qalmış temperatur tikişləri çıxarılaraq yenisi ilə əvəzlənir.
Artıq yeni temperatur tikişlərinin qoyulmasına başlanılıb.
İşlər başa çatdırıldıqdan sonra betonlanma işlərinə start veriləcək.