DİQQƏT: Paytaxtda daha iki marşrut xətti birləşdirildi
09 sentyabr 2019 15:51 (UTC +04:00)

DİQQƏT: Paytaxtda daha iki marşrut xətti birləşdirildi

168 və 186 nömrəli müntəzəm marşrut xətləri birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib.
 
Lent.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə,  sentyabrın 11-dən xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.  
 
Məlumatda qeyd olunub ki, xətlərin birləşdirilməsi ilə Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, Neftçilər m/st. və 8-ci km bazarı istiqamətinə gediş - gəliş rahatlaşacaq, marşrut sayının optimallaşdırılması ilə Zabrat yolu və digər ərazilərdə yaranan nəqliyyat sıxlığı azalacaq, 168 və 186 nömrəli marşrutların bir-birini 24.5 km təkrarlaması aradan qaldırılacaq, marşrutun fəaliyyətində idarəetmə asanlaşacaq, kiçiktutumlu avtobusların nisbətən iri tutumlu avtobuslarla əvəzlənmiş olacaq.
 
Qeyd edək ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması eləcə də, digər çatışmazlıqlar barədə vətəndaşlardan “Alo141” Çağrı Mərkəzinə mütəmadi olaraq müraciətlər daxil olmaqdadır. Hər iki marşrut xətti üzrə hərəkət sxemlərinin üst-üstə düşməsi də öz növbəsində əlavə problemlərə yaradır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866
avatar

Oxşar yazılar