Övladlığa götürmədə yeni idarəetmə modeli yaradılır
23 iyul 2019 10:46 (UTC +04:00)

Övladlığa götürmədə yeni idarəetmə modeli yaradılır

Prezidentin yeni fərmanı ilə DOST xidmətləri sırasına övladlığa götürmə üzrə xidmətlər də əlavə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirlikdə övladlığa götürmə sahəsində mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmalar və övladlığa götürülən uşaqların maraq və mənafelərinin prioritetliyi əsasında yeni idarəetmə modeli hazırlanır.

Övladlığa götürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığa götürmənin ləğvini tələb etmək, Azərbaycan vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək fərmanla agentliyin vəzifə və hüquqları sırasına əlavə edilir.

Eyni zamanda, fərman DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısına övladlığa götürmə sahəsində xidmətlərin, o cümlədən  övladlığa götürmə ilə bağlı müraciətlərin qəbul edilməsi və övladlığa götürmə sahəsində məsləhət və məlumat verilməsi xidmətlərinin də daxil edilməsini nəzərdə tutur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731
avatar

Aygün İbrahimli

Oxşar yazılar