Övladlığa uşaq götürmək üçün bu şəxslərə üstünlük veriləcək
Azərbaycanda övladlığa uşaq götürmək üçün 55 yaşadək olan şəxslərə üstünlük veriləcək.
APA-nın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.
Təklifə əsasən, Məcəllənin 121.3-cü bəndinə görə, övladlığa uşaq götürmək üçün azı 3 il nikahda olan, yaşı 35-dən yuxarı ər-arvada, 1 il nikahda olan Azərbaycan vətəndaşlarına və azı 5 il nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan, yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir.
Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasında müzakirə ediləcək.
1166