Ötən il 86852 rəsmi nikah bağlanıb
08 iyul 2014 18:16 (UTC +04:00)

Ötən il 86852 rəsmi nikah bağlanıb

Azərbaycan 2013-cü ildə 86852 rəsmi nikah qeydə alınıb. Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il baş verən boşanmaların sayı 11730 olub. Qeyd olunub ki, 2003-cü ildən nikahların, həm də boşanmaların sayında artım müşahidə olunubsa, 2008 və 2009-cu illərdə bu göstəricilər əvvəlki ilə nisbətən bir qədər azalıb.

 

Ötən il qeydə alınan 40528 nikah, 3279 boşanma hadisəsi kənd yerlərində, 46324 nikah, 8451 boşanma hadisəsi isə şəhər yerlərində qeydə alınıb.

 

Azərbaycanda ötən il nikaha daxil olanların orta yaşı qadınlar arasında 24, kişilərdə 28 yaş olub. Birinci dəfə nikaha daxil olanların orta yaşı kişilərdə isə 27.7, qadınlarda 23.7 yaş olub.

 

Qadınlar arasında nikaha daxil olanların orta yaşı ən yüksək 1990-cı ildə, kişilər arasında isə 2002-2003-cü illərdə olub.

 

# 433
avatar

Oxşar yazılar