Orta məktəblərdə monitorinq imtahanları keçiriləcək
10 aprel 2014 17:02 (UTC +04:00)

Orta məktəblərdə monitorinq imtahanları keçiriləcək

Azərbaycanda V, VI və XI sinif şagirdləri arasında monitorinq imtahanlarının aparılması nəzərdə tutulub. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

 

Məlumatda bildirilir ki, V və VI sinif şagirdləri üçün imtahan Ana dili və riyaziyyat fənnindən keçiriləcək: “Ana dili imtahanında şagirdlərin bacarığı həm açıq tipli test tapşırıqları ilə, həm də yazı işi ilə yoxlanacaqdır. Belə ki, 1 saat 30 dəqiqə ərzində şagirdlər 20 açıq tipli test tapşırığı ilə yanaşı təqdim olunacaq mövzu üzrə yazı işləri də yerinə yetirəcəklər. Riyaziyyat fənni üzrə isə şagirdlərə 18 açıq tipli test tapşırığı təqdim olunacaq. Bu imtahanın da müddəti 1 saat 30 dəqiqədir.


V və VI siniflər üçün monitorinq imtahanları Bakı şəhərində aprelin 17 və 18-də digər şəhər və rayonlarda isə aprelin 14 və 15-də olacaq. Bu imtahanlar Respublika üzrə ümumilikdə 250-ə yaxın məktəbdə həyata keçiriləcək.


XI sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən imtahan verəcəklər. Azərbaycan dili üzrə sualları cavablandırmaq üçün onlara 45 dəqiqə, fizika və riyaziyyat fənləri üzrə ayrılıqda 60 dəqiqə vaxt veriləcəkdir. Bu imtahanda suallar ənənəvi - çoxseçimli test tapşırığı formasında təqdim olunacaq. Bu fənlərin hər birindən şagirdlərə imtahan zamanı 30 sual təqdim olunacaq. 


XI siniflər üçün monitorinq imtahanları Bakı şəhərində 22, 23 və 24 aprel tarixlərində, digər şəhər və rayonlarda isə 29-30 aprel tarixlərində həyata keçiriləcəkdir. XI siniflər üçün monitorinq imtahanları Respublika üzə ümumilikdə 400-dən artıq məktəbdə həyata keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1333

Oxşar yazılar