Oqtay Şirəliyev Şirvanda vətəndaşları qəbul edəcək
04 dekabr 2014 02:45 (UTC +04:00)

Oqtay Şirəliyev Şirvanda vətəndaşları qəbul edəcək

0

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin nəzərdə tutulan 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun  olaraq  Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev 2014-cü il, dekabrın 5-də,  saat 11:00-da Şirvan Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Saatlı və Kürdəmir rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Şirvan-Müalicə Diaqnostika mərkəzində qeydiyyatdan keçə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar