Nəzakət Məmmədovanın bacısının evi əlindən alınıb
01 oktyabr 2013 13:07 (UTC +04:00)

Nəzakət Məmmədovanın bacısının evi əlindən alınıb

Mərhum müğənni Nəzakət Məmmədovanın bacısı 75 yaşlı Mükafat Məmmədova qocalar evinə yerləşdirilə bilər. Lent.az aznews.az-a istinadən bildirir ki, bu sözləri “Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. Onun sözlərinə görə, evi əlindən alındığı üçün M. Məmmədovanın taleyi ilə heç bir qohumu maraqlanmır.

 

M. Zeynalovanın bildirib ki, təşkilat hazırda qadının əvvəllər sahibi olduğu mənzillə bağlı çıxarılan məhkəmə qərarını əldə etməyə çalışır: “Çünki Mükafat xanım deyir ki, onu qorxudublar və məhkəmədə evi özü bağışladığını deyib. Məhkəmə qərarı ilə tanışlıqdan sonra sonrakı tədbirlər barədə qərar veriləcək”. 

M.Məmmədovanın sığınacaqda nə qədər qalacağına gəlincə, bu proses 3 ay davam edəcək: “75 yaşlı qadındır. Xüsusi baxıma ehtiyacı var. Bizim sığınacaqda üç ay qalması mümkündü. Bundan sonra onu qocalar evinə yerləşdirməyə məcbur qalacağıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1505
avatar

Oxşar yazılar