2018-ci ilin 11-19 iyul tarixlərində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastavasının bazasında Bakı şəhərinin Nəsimi rayonu orta məktəblərinin 7-10-cu sinif şagirdləri üçün “Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsi təşkil olunub. Lent.az DSX-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, düşərgənin fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif silahlarla, hərbi texnika ilə tanışlıq, silahların sökülməsi və yığılması, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələlər, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələləri və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı, səmərəli və yaddaqalan edib.
Məktəblilər arasında mini futbol, voleybol, şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçirilmiş, axşam saatlarında şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə musiqili-əyləncəli tədbirlər, düşərgənin yaxınlığındakı meşəlik əraziyə gəzinti, çay süfrəsi arxasında müzakirələr təşkil olunub, Azərbaycan kinomatoqrafçıları tərəfindən vətənpərvərlik mövzusunda çəkilmiş kinolentllər, Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətini əks etdirən sənədli filmlər və video-çarxlar nümayiş etdirilmişdir.
Yay hərbi vətənpərvərlik düşərgəsinə cəlb olunmuş şagirdlər üçün Qəbələ və Şəki rayonlarının tarixi, gəzməli və görməli yerlərinə, mədəniyyət ocaqlarına, “Qəbələnd” istirahət mərkəzinə ekskursiyalar, Qəbələ rayon mədəniyyət mərkəzinin incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunub.
İyul ayının 19-da “Sərhədçi” yay hərbi vətənpərvərlik düşərgəsinin başa çatması ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə Nəsimi rayon icra hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri iştirak ediblər. rol oynaması vurğulanmışdır.
Tədbirdə düşərgə dövründə müxtəlif yarışların qalibi olmuş şagirdlər mükafatlandırılıb, məktəblilərə xatirə hədiyyələri təqdim edilib.